“Hərbi qulluqçuların hüquqi məsuliyyəti” mövzusunda açıq dərs

Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Hüseynov Fikrət Bəhlul oğlunun 09.10.2026-cı il tarixində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının II kursunda Hərbi Qanunvericiliyinin əsasları fənnindən “Hərbi qulluqçuların hüquqi məsuliyyəti” mövzusunda açıq dərsi keçirildi.

Dərsdə dekan müavini b/m İ. Haqverdiyev, həmin kafedranın b/m Mahnur Məmmədov, müəl. Z.Ələkbərova, müəllim Sərxan Əmiraslanov iştirak etdilər.