Fakültənin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasında əmək bazarının nümayəndələri ilə görüş keçirilmişdir.
Görüş zamanı orta ümumtəhsil məktəblərində məzunlarımızın ixtisaslarına uyğun dərs saatları ilə təmin olunması, eləcə də Universitetdə ATMTMEF tərəfindən seçmə fənlərin planlaşdırılması məsələləri müzakirə edilmişdir. Bu çərçivədə maraqlı tərəflərin rəy və təklifləri dinlənilmiş, tədris olunan fənlərin əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması məsələsinə xüsusi diqqət yetirilmişdir.
Görüşdə iştirak edən əmək bazarının nümayəndələri seçmə fənlər və fənn blokları ilə bağlı öz təkliflərini irəli sürmüşlər. Təkliflər qeydə alınmış və onların nəzərə alınması, müvafiq fənn bloklarına zəruri əlavələrin edilməsi istiqamətində işlərin aparılacağı bildirilmişdir.
Görüşün əsas məqsədi təhsilalanların peşə hazırlığının təkmilləşdirilməsi, məzunların məşğulluq imkanlarının artırılması və universitetdə tədris olunan fənlərin əmək bazarının tələblərinə uyğunlaşdırılması olmuşdur.


