Məşqçilik ixtisası üzrə praktik məşğələ keçirilib

Pedaqoji fakültənin Məşqçilik ixtisası üzrə sərbəst güləş istiqamətində təhsil alan II kurs tələbələri şəhərin İdman Liseyinin güləş zalında “Seçmə idman növlərinin nəzəriyyəsi və metodikası – III” fənni üzrə praktik məşğələ keçiriblər.
Praktik məşğələ Pedaqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasının müəllimi, baş müəllim Ayət Rüstəmzadənin rəhbərliyi ilə keçirilib.
Məşğələ zamanı tələbələr sərbəst güləş üzrə nəzəri biliklərini praktiki tapşırıqlar vasitəsilə möhkəmləndirib, müxtəlif texniki və taktiki hərəkətlərin icrası qaydalarını öyrəniblər. Tələbələr məşğələ zamanı fəal iştirak edərək verilən tapşırıqları həvəslə yerinə yetiriblər.
Praktik məşğələlərin idman zalında keçirilməsi tələbələrin nəzəri biliklərinin praktikada tətbiqinə, texniki bacarıqlarının təkmilləşdirilməsinə və gələcək məşqçilik fəaliyyətinə hazırlığına mühüm töhfə verir.