Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində I kurs tələbələrinin EDUMAN sistemindən səmərəli istifadəsinin təmin edilməsi məqsədilə təlimlər davam etdirilir.
Təlimlər fakültənin EDUMAN sistemi üzrə admini Validə Vəliyeva tərəfindən keçirilir. Təlim zamanı tələbələrə sərbəst işlərin sistemə yüklənməsi, müvafiq fənnin və tapşırığın seçilməsi, işin elektron formada əlavə edilməsi və göndərilməsi mərhələləri praktiki şəkildə izah olunur. Eyni zamanda, tələbələrin sistemdən istifadə zamanı qarşılaşa biləcəkləri mümkün çətinliklərə aydınlıq gətirilir.


