Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC), Pedaqoji Fakültə, Universitet Kitabxanası və “Librakon” Oxu Klubunun birgə təşkilatçılığı ilə 2-ci tədris binasında keçirilən sərgi tələbələrin böyük marağı və yüksək fəallığı ilə yekunlaşdı.
Tədbir müddətində sərgilənən nüsxələr böyük diqqət çəkmiş, mütaliənin tələbə həyatındakı mühüm rolu vurğulanmışdır. Tələbələrin elmə, mütaliəyə və akademik inkişafa olan yüksək həvəsi tədbiri daha da unudulmaz etdi.


