05.10.2026-cı il tarixində Rus dili kafedrasının müəllimi Məmmədova Aynur Bəybala qızı tərəfindən Psixologiya ixtisasının I kurs tələbələri ilə “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənnindən “Маркеты. Род имен существительных” mövzusunda açıq dərs keçirilib.
Açıq dərs zamanı mövzu ətrafında tələbələrə ətraflı məlumat verilib, onların fəal iştirakı təmin olunub və müxtəlif tapşırıqlar yerinə yetirilib. Dərs interaktiv formada təşkil olunaraq tələbələrin rus dili üzrə bilik və bacarıqlarının inkişafına yönəldilib.

