“Elmi məqalə yazılışı” mövzusunda “Musiqi fənləri” kafedrasında
təlim keçirildi.
Təlimçi “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq
doktoru, professor Sevda Qurbanəliyeva müasir dövrün tələblərinə
uyğun səviyyədə elmi məqalənin yazılışı üçün vacib olan məsələləri
nümunələr əsasında geniş şərh etdi. Təlim prosesində interaktiv tədris
metodlarından istifadə olundu.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparıldı və təlim
iştirakçılarının sualları ətraflı cavablandırıldı.


