Açıq dərslərin qrafikinə əsasən 05 oktyabr 2026-cı il tarixində “Musiqi fənləri”
kafedrasının baş müəllimi, p.ü.f.d. Qəsirə Məmmədovanın “Əsas musiqi aləti-3”
fənnindən “Qammalar. Polifonik əsər və etüd üzərində iş” mövzusunda “Musiqi
müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Musayeva Günay İsa qızı ilə fərdi məşğələ
şəklində keçirdiyi açıq dərsi müşahidə olundu.
Açıq dərsdə “Pedaqoji” fakültənin Tədris işləri üzrə dekan müavini İlqar
Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş
müəllimlər Mehriban Hacıyeva, Sevil Şabanova, müəllim Səma Məhərrəmova iştirak
etdilər.


