5 Oktyabr – Müəllimlər Günü münasibətilə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Biliyə və təhsilə həsr olunan ömürlər: Müəllimimə təşəkkürlər” adlı elmi-bədii və interaktiv tədbir keçirilib.
Tədbirdə Pedaqoji fakültənin professor-müəllim heyəti, köməkçi heyət və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin ilk çıxışını Pedaqoji fakültənin dekan müavini, baş müəllim İlqar Haqverdiyev edib. O, müəllim əməyinin əhəmiyyətindən danışaraq fakültənin müəllimlərini 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik edib.
Daha sonra tələbələrin hazırladığı səhnəciklər, bədii çıxışlar və interaktiv təqdimatlar nümayiş olunub. Tələbələr öz çıxışları ilə müəllimlərə olan hörmət və minnətdarlıqlarını ifadə edərək onları bayram münasibətilə təbrik ediblər.
Tədbir maraqlı və yaddaqalan çıxışlarla davam edib və iştirakçılarda xoş təəssürat yaradıb.


