“Siyasi rejimlər və onun təsnifatı. Siyasi şüur və siyasi ideologiyalar” mövzusunda açıq dərs keçirilmişdir

Sosial fənlər fakültəsinin müəllimi Qumru Fərhadova tərəfindən İbtidai sinif müəllimliyi ixtisasının 2/1 qrupunda “Politologiya” fənni üzrə “Siyasi rejimlər və onun təsnifatı. Siyasi şüur və siyasi ideologiyalar” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə Metodiki qrupun sədr müavini b/m İ. Haqverdiyev iştirak etmişdir. Dərs zamanı mövzu tələbələrə ətraflı izah olunmuş, siyasi rejimlərin xüsusiyyətləri, siyasi şüurun formalaşması və siyasi ideologiyaların cəmiyyət həyatındakı rolu barədə geniş müzakirələr aparılmışdır.
Tələbələrin fəal iştirakı ilə keçən açıq dərs qarşılıqlı fikir mübadiləsi və diskussiya şəraitində davam etmişdir.