“Ariya, romans, Azərbaycan xalq mahnısıüzərində iş (bədii ifa)” mövzusunda açıq dərs

07 may 2026-cı il tarixində kafedranın müəllimi Səma Məhərrəmovanın “Vokal
və onun tədrisi metodikası” seçmə fənnindən “Ariya, romans, Azərbaycan xalq mahnısı
üzərində iş (bədii ifa)” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi
İbrahimov Murad Vüsal oğlu ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənildi.
Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in Fəxri professoru, Açıq dərslərə
nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri,
professor Sevda Qurbanəliyeva, baş müəllimlər Nərgiz Haqverdiyeva, Qəsirə
Məmmədova, Rəşidə Məmmədova iştirak etdilər.