“Musiqi fənləri” kafedrasının baş müəllimi Sevil Şabanova tərəfindən
“Əqli mülkiyyət hüquqlarının qorunması haqqında” mövzusunda keçirilən təlim
kafedranın əməkdaşları tərəfindən maraqla qarşılandı. Təlimdə əqli mülkiyyət
hüquqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən kompleks
tədbirlər haqqında geniş məlumatlar slaydlar vasitəsilə əyani şəkildə
iştirakçılara çatdırıldı, təlimçiyə ünvanlanan suallar ətraflı cavablandırıldı.
Təlim əqli mülkiyyət hüquqlarının qorunması haqqında kafedra
əməkdaşlarının bilik və bacarıqlarını təkmilləşdirmək üçün olduqca
əhəmiyyətli oldu.


