Pedaqoji fakültənin Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Məmmədova Vəfa Oktay qızının “İbtidai sinif müəllimliyi” ixtisasının 3¹qrupunda “Şagird nailiyyətlərinin qiymətləndirilməsinin üsul və vasitələri” fənnindən “Şagird fəaliyyətində əsas qiymətləndirmə üsullarından istifadə” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Pedaqoji fakültənin dekanı dos. Zaur Hüseynzadə, Metodiki qrupun sədr müavini b/m İlqar Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos. Allahverdi Quliyev iştirak etdilər.


