“Musiqi fənləri” kafedrasının 2025/2026-cı tədris ili üzrə “İş planı”na
əsasən təhsilverənlərin pedaqoji səriştələrinin artırılması üçün kafedrada təlim
və seminarların səmərəli təşkili təmin olunur.
Baş müəllim Lalə Rəfibəyli tərəfindən “Testlərin, imtahan biletlərinin
hazırlanmasına verilən müasir tələblər” mövzusunda kafedrada keçirilən
təlimdə mövzu ilə əlaqədar slaydlar nümayiş etdirildi, iştirakçıların sualları
cavablandırıldı. Təlim tələbəyönümlü qiymətləndirmənin təşkili, tələbələrə bilik
və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması baxımından
olduqca əhəmiyyətli oldu.


