“MUSİQİ FƏNLƏRİ” KAFEDRASINDA NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLDİ

“Musiqi fənləri” kafedrasında “Musiqi və onun tədrisi metodikası” adlı
elmi seminarın iş planına əsasən müəllim S.Məhərrəmovanın “Ümumtəhsil
məktəb şagirdlərinin musiqi tərbiyəsində T.Quliyevin yaradıcılığından
istifadənin əhəmiyyəti və yolları” mövzusunda elmi məruzəsi dinlənildi.
Mövzu ətrafında kafedranın akademik heyətinin fəal iştirakı ilə keçirilən
diskussiyada elmi-praktiki əhəmiyyətə malik təkliflər irəli sürüldü.