Gəncə Dövlət Universitetinin Tyutor xidməti tərəfindən 28, 29 və 30 aprel 2026-cı il tarixlərində xidmətin rəhbəri Məmmədov Rəşad tərəfindən tyutorların (akademik məsləhətçilərin) peşəkar kompetensiyalarının artırılması məqsədilə kredit sistemi mövzusuna həsr olunmuş təlim keçirilmişdir.
Təlim çərçivəsində kredit sisteminin mahiyyəti, tələbələrin fərdi tədris planlarının formalaşdırılması, akademik borcların tənzimlənməsi, seçmə fənlərin düzgün istiqamətləndirilməsi və tədris prosesində tyutorların rolu geniş şəkildə izah edilmişdir. Eyni zamanda, tyutorların tələbələrlə iş prosesində qarşılaşdıqları məsələlər müzakirə olunmuş, praktiki nümunələr əsasında izahlar verilmişdir.
Keçirilən təlim interaktiv formada təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır. Təlimdə universitetin bütün tyutorları fəal iştirak etmiş, əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində tətbiqinin vacibliyi vurğulanmışdır.


