24–25 aprel 2016-cı il tarixlərində Mingəçevir Dövlət Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının bir qrup professor-müəllim heyəti, eləcə də ixtisas üzrə təhsil alan tələbələr iştirak etmiş, aktual və maraqlı mövzularla çıxışlar etmişlər.
Konfransda iştirak üçün yaradılmış şəraitə görə universitetin rektoru, professor Yusif Yusibova minnətdarlığımızı bildiririk.


