28.05.2026-cı il tarixində universitetdə seçmə fənlərin qrafik üzrə seçimi prosesi uğurla yekunlaşdırılmışdır. Müəyyən edilmiş qrafikə uyğun olaraq keçirilən seçim mərhələsində tələbələrin fəal iştirakı təmin olunmuşdur.
Bu gün baş tutan seçim prosesində Məktəbəqədər təhsil ixtisasının III kurs, Məşqçilik ixtisasının III kurs və Psixologiya ixtisasının I kurs tələbələri iştirak etmişlər. Tələbələrə seçmə fənlərin düzgün və məqsədyönlü seçilməsi ilə bağlı ətraflı məlumat verilmiş, onların maraq və ixtisas yönümlərinə uyğun seçim etmələri üçün lazımi tövsiyələr təqdim olunmuşdur.
Qeyd edək ki, seçmə fənlərin seçimi prosesi tələbələrin fərdi inkişafına, peşəkar bacarıqlarının formalaşmasına və gələcək əmək fəaliyyətinə daha hazırlıqlı olmalarına mühüm töhfə verir. Universitet rəhbərliyi tərəfindən bu prosesin şəffaf və səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.


