Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrası tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq tələbələrin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə ustad dərsi keçirilmişdir.
Ustad dərsində məşqçilik ixtisasının IV kurs, məşqçilik (güləş) ixtisasının II kurs tələbələri və 13–15 yaşlı güləşçilər iştirak etmişlər.
Dərs Gəncə İdman Liseyinin güləş zalında təşkil olunmuşdur. Ustad dərsi GDU-nun Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının “Əməkdar məşqçisi”, idman ustası, “Fəxri bədən tərbiyəsi və idman işçisi” Rüstəmzadə Ayəd Rüstəm oğlu tərəfindən “Sərbəst güləşdə yeni qaydaların tətbiqi” mövzusunda aparılmışdır.
Ustad dərsi zamanı iştirakçılara sərbəst güləşdə tətbiq olunan yeni qaydalar həm nəzəri, həm də praktiki şəkildə izah olunmuş, məşq prosesində onların tətbiqi nümayiş etdirilmişdir. Tələbələr və gənc idmançılar mövzu ilə bağlı ətraflı məlumat əldə etmiş və onları maraqlandıran suallara cavab tapmışlar.





