Açıq dərslərin qrafikinə uyğun olaraq 21 aprel 2026-cı il tarixində “Musiqi fənləri”
kafedrasında baş müəllim Leyla Nəbiyevanın “Dirijorluq-2” fənnindən “Müxtəlif
templərdə dirijorluq” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə
laborator məşğələ şəklində keçirilən açıq dərsi dinlənildi.
Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in Fəxri professoru, Açıq dərslərə
nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri,
professor Sevda Qurbanəliyeva, baş müəllimlər Lalə Rəfibəyli, Sevinc Rüstəmova,
Gültəkin Məhərrəmova, müəllim Şövkət Bayramova iştirak etdilər.





