“IV kurs tələbələrinin iştirakı ilə açıq dərs baş tutdu”

22 aprel 2026-cı il tarixində 6 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan əyani IV kurs tələbələrinin iştirakı ilə açıq dərs təşkil olunmuşdur.
Açıq dərs Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Fikrət Hüseynovun rəhbərliyi ilə keçirilmişdir. Dərsin mövzusu “Çağırışaqədərki hazırlıqda nizamnamələrin rolu” olmuşdur.
Tədbirdə pedaqoji təcrübə şöbəsinin müdiri dosent C. Qarayev və kafedra müdiri baş müəllim Ş. Məmmədov iştirak etmişlər.