Ali təhsil müəssisəsində seçmə fənlərin seçimi prosesi müəyyən edilmiş qrafikə uyğun olaraq davam etdirilir. Bu gün keçirilən seçim mərhələsində Təhsildə sosial-psixoloji xidmət ixtisasının 3-cü kurs tələbələri, Məktəbəqədər təhsil ixtisasının 1-ci kurs tələbələri, eləcə də Təhsildə sosial-psixoloji xidmət ixtisasının 1-ci kurs tələbələri iştirak edirlər.
Tələbələrə seçmə fənlərin düzgün və məqsədyönlü şəkildə seçilməsi ilə bağlı ətraflı məlumat verilmiş, onların maraq və ixtisas yönümlərinə uyğun seçim etmələri tövsiyə olunmuşdur. Proses zamanı tyutorlar tərəfindən tələbələrə metodiki dəstək göstərilir, yaranan suallar operativ şəkildə cavablandırılır.
Seçmə fənlərin seçimi tədris planına uyğun olaraq təşkil olunur və bu proses tələbələrin fərdi inkişafına, peşəkar bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir. Seçimlərin növbəti günlərdə də qrafik üzrə davam etdirilməsi nəzərdə tutulur.


