Gəncə Dövlət Universiteti Pedaqoji fakültəsinin “Psixologiya” və “Təhsildə psixoloji xidmət” ixtisaslarında təhsil alan IV kurs tələbələri universitetdə əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və gələcək əmək fəaliyyətində tətbiq etmək məqsədilə təcrübə proqramında iştirak ediblər.
Tələbələr təcrübə müddətində Loqos Nitq İnkişaf Mərkəzi və Narınc Nitq İnkişaf Mərkəzi kimi ixtisaslaşmış psixoloji mərkəzlərdə fəaliyyət göstərərək, praktiki bacarıqlarını inkişaf etdirmiş, müxtəlif yaş qrupları ilə işləmək təcrübəsi qazanmışlar.
Keçirilən təcrübə proqramı tələbələrin peşəkar hazırlığının artırılmasına, nəzəri biliklərin praktikada tətbiqinə və gələcək fəaliyyətlərinə hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Təcrübə proqramının sonunda müvafiq psixoloji mərkəzlər tərəfindən tələbələrə sertifikatlar təqdim olunmuşdur.





