Məşqçilik ixtisasının IV kurs tələbəsi Quziryani Elcan tərəfindən Gəncə şəhər İdman Litseyində sınaq məşğələləri keçirilmişdir.
Tələbə təhsil müddətində əldə etdiyi nəzəri bilikləri praktik fəaliyyət zamanı uğurla tətbiq etmiş, məşğələ prosesində uşaqlarla işləyərək onların fiziki hazırlıq səviyyəsinin, bacarıq və vərdişlərinin inkişafına töhfə vermişdir.
Qeyd edək ki, bu cür sınaq məşğələləri tələbələrin peşəkar hazırlığının artırılması, praktiki təcrübə qazanmaları və gələcək fəaliyyətlərinə daha səmərəli şəkildə hazırlaşmaları baxımından mühüm əhəmiyyət kəsb edir.


