Qrafikə uyğun olaraq fakültədə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş seçmə fənlərin seçiminə başlanılmışdır. Tələbələrin fərdi maraq və akademik istiqamətlərinə uyğun seçim imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan bu proses mərhələli şəkildə həyata keçirilir.
İlkin mərhələdə İbtidai sinif müəllimliyi ixtisasının II və III kurs tələbələri üçün seçmə fənlərin seçimi uğurla baş tutmuşdur. Proses zamanı tələbələrə seçmə fənlər barədə ətraflı məlumat verilmiş, onların düzgün və məqsədyönlü seçim etmələri üçün zəruri tövsiyələr təqdim edilmişdir.
Qeyd edək ki, seçmə fənlərin seçimi tədris prosesinin keyfiyyətinin artırılması, tələbələrin fərdi inkişafının dəstəklənməsi və ixtisas üzrə dərin biliklərə yiyələnmələrinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Seçim prosesi növbəti mərhələlərdə digər ixtisas və kursları da əhatə edəcəkdir.





