Təhsilin pedaqogikası və metodikası kafedrasının II kurs magistrantı Yusubova Pərvanə Eldəniz qızı tərəfindən növbəti seminar məşğələsi keçirilib.
Magistraturanın elmi-pedaqoji təcrübə proqramı çərçivəsində “İbtidai sinif müəllimliyi” ixtisasının 3-cü kurs tələbələri üçün ” Şagird nailiyyətinin qiymətləndirilməsinin üsul və vasitələri” fənni üzrə ” Milli və beynəlxalq qiymətləndirmə” mövzusunda interaktiv dərs təşkil olunub. Seminarda tələbələrin mövzu üzrə çıxışları dinlənilib və sual-cavab formatında geniş fikir mübadiləsi aparılıb.


