AÇIQ DƏRS DİNLƏNİLDİ

Açıq dərslərin qrafikinə uyğun olaraq 19 mart 2026-cı il tarixində “Musiqi fənləri”
kafedrasında baş müəllim Sevinc Rüstəmovanın “Solfecio-1” fənnindən “Bemollu major
qammalarının üç növdə oxunması. İntonasiya məşğələləri. L.Dadaşova “Solfecio” №51;
B.Kalmıkov, Q.Fridkin “Solfecio”, I h., №69. Eşitmə vasitəsilə təyin etmək” mövzusunda
“Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə laborator məşğələ şəklində
keçirilən açıq dərsi dinlənildi.
Açıq dərsdə pedaqoji fakültə dekanının müavini, baş müəllim İ.Haqverdiyev,
“Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllimlər
M.Hacıyeva, N.Seyfullayeva, müəllim G.Tağıyeva iştirak etdilər.