Psixologiya kafedrasının baş müəllimi A. Babayeva Pedaqoji fakültənin TSPX ixtisasının III kursunda tədris etdiyi “Defektologiya” fənnindən “Kompleks qüsurlu uşaqlar” mövzusunda praktik məşğələni 45 saylı məktəbdə keçmişdir. Müəllimənin tələbələri 45 saylı məktəbə aparmaqda başlıca məqsədi anomal uşaqları bilavasitə müşahidə etmək, onlarla necə davranmalı olduqlarını öyrətmək idi. Tələbələr həmin məktəbdə çalışan loqopedlərin, psixoloqların, pedaqoqların iş üsulları ilə tanış oldular. Anomal uşaqları əyani olaraq gördülər.