11.05.2016-cı il tarixində Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Psixologiya kafedrasının baş müəllimi Məmmədova Pərvanə İLyas qızıznın Pedaqoji fakültənin Psixologiya ixtisasının II kursunda “Ümumi psixologiya-4” fənni üzrə “Hafizə nəzəriyyələri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu hafisə haqqında psixoloji, fizioloji, fiziki, kimyəvi və genetik nəzəriyyələri əhatə edir. Məllimə dərs prosesində müasir təlim metodları olan BİBO, beyin həmləsi üsullarından istifadə edərək motivasiya yaratdı, tədqiqat sualı ilə qrupa müraciət etdi, bu mövzu barədə tələbələrin biliklərini aşkara çıxardı, yeni mövzu ilə əvvəlki mövzu arasında əlaqə yaratdı. Hər plana uyğun geniş elmi məlumat verərək, bu sahədə alimlərin araşdırmalarına xüsusi yer ayırdı.
Açıq dərsdə rektorluq tərəfindən açıq dərslər üzrə komisiyanın üzvü dosent Cəfər İbrahimov, Pedaqoji fakültə tədris işləri üzrə dekan mavini b/m İ.Haqverdiyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, Psixologiya kafedrasının əməkdaşları dos. P.Məmmədova,dos.Z. Nəsrullayeva, b/m L.Həsənova, b/m S.Şahverdiyev, müəl. M.Rəhimova iştrak etdilər.