Pedaqoji təcrübədə sınaq dərsi

GDU-nunPedaqoji fakültəsinin “Bədən tərbiyəsi və idman” ixtisasının III1 qrup tələbələri şəhərin 30 saylı tam orta məktəbində pedaqoji təcrübə keçirlər. Qrupun tələbəsi Əhmədova İnci Rəvan qızı 04.05.2016 cı ildə VI sinif şagirdləri ilə Basketbol idman növündə topun aparılması və ötürülməsinin texnikası mövzusunda sınaq dərsi keçmişdir.

Dərsdə fakültənin tədris işləri üzrə dekan müavini Haqverdiyev İlqar, bədən tərbiyəsi və idman kafedrasının müdiri  Ağayev İlham, kafedranın baş müəllimi Rzayeva Mətanət və məktəbin idman müəllimləri iştirak edmişdir. Dərsdən sonra qrup tələbələri ilə birlikdə Sınaq dərsi təhlil olunmuş və ela qiymətləndirilmişdir.