IV kurs tələbələrinin sınaq məşğələləri keçirilir

Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbələri tərəfindən 3 saylı körpələr evi–uşaq bağçasında sınaq məşğələləri keçirilir. Tələbələr məşğələlər zamanı nəzəri biliklərini praktikada tətbiq edir, uşaqlarla müxtəlif inkişafetdirici və interaktiv fəaliyyətlər təşkil edirlər.
Keçirilən məşğələlər çərçivəsində uşaqların idrak, nitq və sosial bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Bu təcrübə tələbələrin pedaqoji bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların gələcək peşə fəaliyyətinə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.