06.03.2026-cı il tarixində kurs nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə dekan müavini b/m İlqar Mehdiyev, Tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov, fakültənin Eduman proqramı üzrə admini və tyutoru Validə Vəliyeva, həmçinin tyutor Günay Cəfərova iştirak etmişlər.
Görüş zamanı kurs nümayəndələri ilə cari semestr ərzində görüləcək işlər, tələbələrin tədris prosesində iştirakı, onların qarşılaşdıqları məsələlər və bu istiqamətdə görüləcək tədbirlər müzakirə edilmişdir. Eyni zamanda semestr müddətində həyata keçiriləcək fəaliyyətlərin planlaşdırılması və gözlənilən nəticələr barədə fikir mübadiləsi aparılmışdır.
Sonda cari semestr ərzində tələbələrlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanmış və kurs nümayəndələrinin fakültə ilə tələbələr arasında əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynadıqları bildirilmişdir.

