8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Pedaqoji fakültənin aktiv tələbələri tərəfindən xüsusi divar qəzeti və kompozisiyası hazırlanmış və dərc olunmuşdur. Bu təşəbbüs tələbələrin yaradıcılıq bacarıqlarını nümayiş etdirir və qadınlara hörmət və ehtiramı əks etdirir.
Başda vitse-rezidentimiz Mehriban xanım olmaqla, Gəncə Dövlət Universitetinin bütün qadın kollektivini səmimi qəlbdən təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Fakültə kollektivi olaraq qadınların təhsil və elmi fəaliyyətlərdəki töhfələrini yüksək qiymətləndirir və onların sosial-mədəni həyatdakı rolunu dəstəkləyirik.



