05.03.2026-cı il tarixində Fiziki tərbiyə, çağirişaqədərki hazirlıq və mülki müdafiə kafedrasının müəllimi Şahmar Rüstəm oğlu Məmmədovun “Sıra hazırlığı” fənnindən Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının II kurs tələbələri ilə “Əsgəri salam verilməsi, silahla və silahsız sıradan çıxmaq və rəisə yaxınlaşmaq ” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə Pedaqoji fakültənin dekan müavini İlqar Haqverdiyev, Fiziki tərbiyə, çağirişaqədərki hazirlıq və mülki müdafiə kafedrasının müəllimləri b/m Mahnur Məmmədova, m.Zülfiyyə Ələkbərova, m.Sərxan Əmiraslanov iştirak edirdilər.


