“Pedaqoji ünsiyyətin xüsusiyyətləri” mövzusundan açıq dərs

Təhsilin pedaqogikası və metodikası kafedrasının II kurs magistr tələbəsi Həsənova Göyçək Paşa qızının III kurs “İbtidai sinif müəllimliyi” ixtisasında “Pedaqoji ünsiyyət” fənnindən “Pedaqoji ünsiyyətin xüsusiyyətləri” mövzusundan açıq dərsi keçirildi.
Sonda kafedranın professor-müəllim və “İbtidai sinif müəllimliyi” ixtisasının aktiv tələbələri və magistr tələbələri dərsi təhlil etdilər və müvafiq qərar qəbul edildi.
Müzakirədə kafedra müdiri dos. A. Quliyev, dos. G. Kazımova, magistr tələbələri və III kurs İbtidai sinif müəllimliyi qrupunun aktiv tələbələrindən İsmayılova Gülay və Əliyeva Fidan iştirak etdilər.
Açıq dərs 32 balla (əla) qiymətləndirildi.