05 mart 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Nüşabə Seyfullayevanın “İbtidai siniflərdə musiqi və onun tədrisi metodikası” fənnindən “Not yazısı. Kaman açarı. I və II oktavanın notları. Bas açarı. Kiçik oktavanın notları. Metr. Ritm. Dinamik işarələr” mövzusunda “İbtidai sinif müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə seminar məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənildi.
Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in Fəxri professoru, Açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllim Sevil Şabanova, müəllimlər Şövkət Bayramova, Səma Məhərrəmova, Günay Tağıyeva iştirak etdilər.



