5 mart-Bədən tərbiyəsi və İdman günü münasibətilə Tədbir

5 mart – Bədən tərbiyəsi və İdman Günü münasibətilə universitetdə geniş tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş fakültələrarası spartakiadanın bağlanış mərasiminə həsr olunub.
Tədbirdə spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların yekun nəticələri təqdim olunub. Yarışlarda fərqlənərək mükafata layiq yerlər qazanan idmançılar universitetin İdman Klubu tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.
Ümumi hesabda isə Pedaqoji fakültənin idman növləri üzrə yığma komandaları yüksək nəticə göstərərək I yerə layiq görülüb.