“Ailədə uşağın sosiallaşması” mövzusunda açıq dərs

05.03.2016-cı il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının II kurs magistr tələbəsi Əliyeva Nərmin Rizvan qızının III kurs İbtidai sinif müəllimliyi ixtisasında “Ailə tərbiyəsi” fənnindən “Ailədə uşağın sosiallaşması” mövzusunda açıq dərsi keçirildi.

Nəticə: Kafedranın 6 saylı protokolu ilə təhlil edilərək müzakirə edildi və müvafiq qərar qəbul edildi.

Müzakirədə kafedra müdiri dos. A.Quliyev, dos.G.Kazımova, magistr tələbələri və qrupunun aktiv tələbələrindən  H.Silduz və Ə.Aysun iştirak etdilər.

İclasın qərarına əsasən açıq dərs 32 bal ilə qiymətləndirildi.