Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən kafedralar arasında sıx elmi, yaradıcılıq əlaqələri zəminində zəngin məzmunlu tədbirlər həyata keçirilir.
“Ümumi pedaqogika” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyevanın “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasına dair” mövzusunda “Musiqi fənləri” kafedrasında keçirdiyi təlim böyük maraqla qarşılandı.
Təlimi giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva mövzunun müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini, Universitetdə bu istiqamətdə həyata keçirilən mühüm əhəmiyyətli tədbirləri qeyd etdi.
Təlimçinin mövzu ilə bağlı təqdim etdiyi slaydlar, inklüziv təhsilin mahiyyəti və əhəmiyyətindən bəhs edən videoçarxlar, iştirakçıların da qatıldığı praktik tapşırıqlar mövzunun hərtərəfli işıqlandırılmasına şərait yaratdı.
Belə maarifləndirici tədbirlərin keçirilməsi müəllim və tələbələrin bilik və bacarıqlarının inkişafına xidmət edir.



