“Dirijorluq-2” fənnindən “A kapella əsəri və partitura oxunuşu üzərində iş” mövzusunda açıq dərs

“Musiqi fənləri” kafedrasının 06.02.2026-cı il tarixli kafedra iclasında təsdiq olunmuş “Açıq dərslərin cədvəli”nə uyğun olaraq  03 mart 2026-cı il tarixində kafedranın baş müəllimi  Sevil Şabanovanın  “Dirijorluq-2” fənnindən “A kapella əsəri və partitura oxunuşu üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Zamanova Lilpar Mübariz qızı ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənildi.

Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in Fəxri professoru, Açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, müəllimlər Aləmzər Abdullayeva, Şövkət Bayramova, Səma Məhərrəmova, Günay Tağıyeva iştirak etdilər.