Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası ixtisası üzrə magistrant Qəfərova Xədicə Saməddin qızı 02.03.2026- il tarixində Pedaqoji fakültənin Bakalavriat səviyyəsinin Məktəbəqədər təhsil ixtisasının III kursunda Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi fənnindən “Müdriklərin əmək tərbiyəsilə bağlı düşüncələri” mövzusunda (muhazirə) nümunəvi dərsi dinlənilmişdir.
Mövzu inteqrativ xarakter daşımaqla yanaşı, təhsilin dəyərləri haqqında geniş çərçivədən işıqlandırılmışdır. Tarixən Qərb və Şərq mədəniyyətlərinin kəsişdiyi məkan olaraq Azərbaycan mədəniyyətinin və təhsilinin formalaşmasında həm Avropa, həm də milli amillərin təsiri xüsusi olaraq vurğulanır. Uşaqların tərbiyəsinə dair tarixin müxtəlif tarixi zaman kəsiklərində təqdim edilən pedaqoji konsepsiyalara münasibətdə tələbələrin fəal mövqe nümayiş etdiriməkləri diqqəti çəkmişdir.




