“Musiqi fənləri” kafedrasının akademik heyəti üçün “Musiqi təlimində oyunlar, simulyasiyalar, virtual reallıq və s. bu kimi təhsil texnologiyalarından istifadə” mövzusunda təlim keçirildi.
Təlimçi kafedranın baş müəllimi, s.ü.f.d. N.Seyfullayeva mövzu ilə əlaqədar məsələləri slaydlar əsasında, əyani şəkildə geniş şərh etdi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
Təlimdə çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri S.Qurbanəliyeva, baş müəllimlərdən Q.Məmmədova, L.Rəfibəyli və başqaları təlimçi Nüşabə Seyfullayevaya minnətdarlıqlarını, mövzu ilə bağlı fikir və təkliflərini bildirdilər.



