“Musiqi fənləri” kafedrasında 27 fevral 2026-c il tarixində növbəti elmi seminar keçirildi.
Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, kafedrada elmi seminarlar 23 yanvar 2026-cı il tarixli kafera iclasında təsdiq olunmuş İş planına uyğun olaraq aktual mövzularda keçirilir.
Kafedranın müəllimi Aləmzər Abdullayeva “Musiqinin tədrisində təlim və tərbiyə məsələlərinin vəhdəti” mövzusunda elmi məruzə ilə çıxış etdi, mövzu ətrafında slaydlar nümayiş olundu.
Seminar iştirakçılarının sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı.
Mövzu ilə əlaqədar aparılan müzakirələrdə “Musiqi fənləri” kafedrasının akademik heyəti fəal iştirak etdi.



