Dərsin mövzusu: Basketbol idman növünə aid köməkçi hərəkətlərin tədrisi və keçirilməsi.
Dərs yüksək əhval ruhiyədə keçirildi. Şagirdlərin və təcrübəçi tələbələrin dərsə hazırlığı yüksək səviyyədə idi. Dərsi dinləmək üçün fakültənin dekan müavini İ. Haqverdiyev, Təcrübə və karyera şöbəsinin əməkdaşı Misir Fərhadov, Bədən tərbiyəsi və idman kafedrasının əməkdaşları b/m. Ç.Hacıyev, b/m. Ş. Qazaxova, b/m. R. Rəhimova və məktəbin idman müəllimləri iştirak etdilər.
Dərsin sonunda fərqlənən şagirdlərə hədiyyələr verildi. İ.Haqverdiyev öz çıxışında təcrübəçi tələbəyə və şagirdlərə təşəkkür etdi və dərsi yüksək qiymətləndirdi.