Pedaqogika və təhsilin əsasları kafedrasının Əməkdaşı Beynəlxalq Konfransda

Qafqaz Universitetində  29-30 aprel 2016-cı il tarixində təşkil olunmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş Gənc Tədqiqatçıların IV Beynəlxalq elmi konfransı keçirilmişdir. Konfransda Gəncə Dövlət Universitetinin əməkdaşlarından  Pedaqogika və təhsilin əsasları kafedrasının baş müəllimi, fəlsəfə doktoru Kazımova Günay, Azərbaycan dilinin tədrisi metodikası kafedrasının baş müəllimi Aytən Əhmədova, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi  Rəhimov  məruzələrlə çıxış etmişlər.