“Müasir təlim texnologiyalarından istifadənin əhəmiyyəti və onun keyfiyyətə təsiri” mövzusunda təlim

Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxs 01.10.2025-ci il tarixli 5/537 saylı əmrin tələbinə əsasən “Müasir təlim texnologiyalarından istifadəyə dair” problemlə bağlı 24.10.2025-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasında “Müasir təlim texnologiyalarından istifadənin əhəmiyyəti və onun keyfiyyətə təsiri” mövzusunda təlim keçirildi.
Təlimdə kafedranın professor-müəllim, tədris-köməkçi heyyəti və maraqlı tərəfin nümayəndələri iştirak edirdilər.
Təlim-Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dosent Allahverdi İsgəndər oğlu Quliyev və müəllim Xəyalə Namiq qızı Mustafayevanın təqdimatında müasir təlim texnologiyalarından istifadənin müqaisəli təhlili, mənimsəməyə təsiri, tətbiqi prosesində qarşıya çıxan çətinliklər, onların həlli yolları, güclü və zəif cəhətləri, tələbə auditoriyasının maraq və tələbatlarının nəzərə alınmasının imkan və yolları geniş müzakirə edildi.
İştirakçıların sualları elmi-metodiki cəhətdən izah olundu. Sonda kafedrada təlimlərin davam etməsi və iştirakçıların könüllülük prinsipi əsasında iştirakına maksimum şərait yaradılması qərara alındı. İştirakçıların fəallığı ilə müşaiyyət olunan təlim uğurlu alındı və qarşıya qoyulan məqsədə nail olmaqla yekunlaşdı.