Gəncə Dövlət Universiteti PHŞ-in rektorunun Baş Müşaviri, dosent Asif Cavadov, Universitetin Elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə, GDU-nun AHİK sədri dosent Afaq Qasımova tərəfindən “Musiqi fənləri” kafedrasının professor-müəllim heyətinə və “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültə tələbələrinə 2024/2025-ci tədris ilinin yaz semestrində beynəlxalq və respublika elmi-praktik, elmi-ifaçılıq konfranslarında işrtirakına görə 33 sertifikat və XIII Beynəlxalq “Harmony” müsabiqə-festivalında iştirakına görə 6 diplom təqdim olunmuşdur. Təbrik edirik!




