5-6 iyul 2023-cü il tarixində Müasir Azərbaycan Cəmiyyəti, Bakı Slavyan Universiteti və Psixologiya Elmi Tədqiqat İnistutunun təşkilatçılığı ilə Bakı Slavyan Universitetində “Psixologiya zirvəsi III” Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans “Şəxsiyyət və suverenlik: fərdi və milli kimliyin psixoloji aspektləri” mövzusuna həsr olunmuşdur.Konfransda BSU-nun rektoru Anar Nağıyev, Milli məclisin deputatı, AMEA-nın müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları cəmiyyətinin Sədri Bəxtiyar Əliyev, Psixologiya elmi-tədqiqat institutunun sədri f.ü.f doktoru Elnur Rüstəmov və başqaları iştirak etdilər.Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri dos. Zümrüd Cavadova da konfransda yaxından iştirak etmişdir. Konfransda iştirak etmək üçün yaratdığı şəraitə görə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibova Psixologiya kafedrasının kollektivi dərin minnətdarlığını bildirir.





