Yay semestri

2024-2025-ci tədris ilində Gəncə Dövlət Universiteti Publik Hüquqi şəxsin Pedaqoji Fakültəsində təşkil olunmuş “Yay semestri” uğurla davam edir. Fakültədə iki fənn üzrə yay semestri fəaliyyət göstərir. Müəllim Mustafayeva Xəyalə İbtidai Sinif Müəllimliyi ixtisasının tələbəsi  Zeynalova Minayə Elsəvər qızı ilə “Ailə tərbiyəsi” fənnindən tədris məşğələləri aparır. Yay semestrinin  tədris məşğələləri dekanlıq və rektorluğun təyin etdiyi nümayəndələr tərəfindən mütəmadi yoxlanılır.