Category Archives: Xəbərlər

“LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzi”ndə sosial-psixoloji mövzularla bağlı təlim keçirilmişdir

25 noyabr 2022-ci ildə GDU-nun Psixologiya kafedrasının təşəbbüsü ilə Pedaqoji fakültənin “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarının tələbələrinin iştrakı ilə “LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzi”ndə sosial-psixoloji mövzularla bağlı təlim keçirilmişdir. Keçirilən təlim tələbə gənclərimizin böyük marağına səbəb olmuş, nəticə olaraq fəal tələbələrimiz sözü gedən mərkəzdə işləmək üçün dəvətlər də almışlar.

II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu “44 günlük müharibənin əbədi qəhrəmanları” adlı tədbirlə yad edilmişdir

27 Sentyabr -Anım günü ilə əlaqədar olaraq Gəncə Dövlət Universitetinin Pedaqoji fakültənin müəllim və tələbələrinin iştrakı ilə II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu “44 günlük müharibənin əbədi qəhrəmanları” adlı tədbirlə yad edilmişdir. Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilən tədbirdə, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilmiş, daha sonra isə müəllim və

Daha ətraflı

“Musiqi fənləri” kafedrasının müsabiqə-festivalda uğurları

Respublika ali təhsil müəssisələrinin tələbələri arasında Azərbaycan xalqının ümummilli  lideri, ulu öndər  Heydər  Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında Universitetin “Musiqi fənləri” kafedrası nəzdində fəaliyyət göstərən  tələbə musiqi kollektivləri böyük uğur qazanmışlar. “Fəxri Fərman” və “Diplom”lar Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev və Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar

Daha ətraflı

15 İyun – Milli Qurtuluş Günü

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun

Daha ətraflı

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını (29 dekabr 2021) rəhbər tutaraq elmi-nəzəri seminar keçirildi

Təhsilin pedaqogikası və metodikası kafedrası tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını (29 dekabr 2021, 18:30) rəhbər tutaraq və kafedranın profilinə üyğun olaraq elmi-nəzəri seminar təşkil edilmişdir. Kafedra əməkdaşları tərəfindən tarixi faktlara əsaslanaraq İrəvan Müəllimlər Seminariyasının yaranması və fəaliyyəti dövrü tədqiqi baxımdan maraqlı məruzələr təqdim edilmişdir. Kafedranın müdiri dos.

Daha ətraflı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirildi

05.05.2022-ci il tarixində Pedaqoji fakültədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə fakültə dekanı dos. Z.Hüseynzadə açdı. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra söz Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevaya verildi. O, Ulu öndərin

Daha ətraflı